Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.11.2025 15:42
Abşeron və Şəkidə baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölən və xəsarət alanlar var
Şəki rayonunun Cəyirli kəndi ərazisində Oğuz rayon sakini 36 yaşlı Firqət Haşımovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində F. Haşimov, onun avtomobildə olan 2024-cü il təvəllüdlü qızı və 1987-ci il təvəllüdlü Nərmin Rzayeva xəsarət alıblar.
Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Cobalt” markalı avtomobil Mehdiabad–Fatmayı yolunda idarəetməni itirərək aşıb. Qəza nəticəsində sürücü, taksi fəaliyyəti ilə məşğul olan Elcan həyatını itirib.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 29
