Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.11.2025 15:55

Azərbaycan və Slovakiya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovla görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib və Baş nazir Robert Fitsonun Azərbaycana səfəri zamanı imzalanan strateji tərəfdaşlıq bəyannaməsinin əlaqələri yeni mərhələyə yüksəltdiyi vurğulanıb. Tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, komitələr səviyyəsində əməkdaşlıq və qarşılıqlı səfərlərin intensivliyinin münasibətlərə müsbət təsiri barədə fikir mübadiləsi aparıblar.