Bakıda dələduzluq və oğurluq hadisələrində 7 nəfər saxlanılıb
Bakıda iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildirib. Dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb. Onun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.
Paytaxtın Binəqədi rayonununda isəbir evdən 3000 manat və 6000 manatlıq qızıl-zinət əşyalarının oğurlanması faktı üzrə polis əməliyyat keçirib. Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov saxlanılıb. Nəsimi və Nərimanov rayonlarında mağazalardan ümumilikdə 4300 manat dəyərində iki mobil telefon və noutbuk oğurlamaqda şübhəli sayılan 5 nəfər də polis tərəfindən tutulub.
Faktlarla bağlı araşdırmalar davam edir.
- Baxış: 40
