Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.11.2025 13:56

Hindistandan Azərbaycana qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin keçirdiyi əməliyyatla dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dehli-Bakı aviareysi ilə gələn iki nəfər xarici ölkə vətəndaşının baqaj və əl çantalarına baxış zamanı gömrük orqanına bəyan edilməyən, ümumilikdə 72 ədəd onkoloji dərman vasitələri aşkar olunub. Faktla bağlı araşdırma aparılır.