Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.11.2025 15:31
Bakıda xadimə çalışdığı evdən 50 min manatlıq qızıl oğurlayıb
Bakının Badamdar qəsəbəsində evdən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyatla həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.
Digər bir əməliyyatla isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub. Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
- Baxış: 41
