Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.11.2025 13:54
Paytaxtda turizm şirkətindən 20 min manat oğurlayan şəxs saxlanılıb
Nəsimi rayonunda naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub. Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub. Araşdırmalar davam etdirilir.
- Baxış: 59
