Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.11.2025 15:49

Avtoyuma məntəqəsindən qaçırdığı maşınla qəza törətdi

Bakının Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən BYD markalı avtomobil qaçırılıb. Həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb. Əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.