Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.11.2025 13:56

İlham Əliyev Azərbaycan Konstitusiyasına həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyub, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri edib. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, aparılan konstitusiya islahatları insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynayır. Konfransın müzakirələri Konstitusiyanın aliliyinin təmininə və hüquqi sistemin gücləndirilməsinə töhfə verəcək.