Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.11.2025 13:44
Sosial şəbəkələrdə qumarı reklam edənlər saxlanılıblar
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə qadağan olunmuş onlayn qumar və mərc oyunlarının reklamına qarşı əməliyyat-texniki tədbirlər həyata keçirib. “Instagram” və “TikTok”da qanunsuz qumar oyunlarını reklam edən 17 nəfər influenser müəyyən edilərək barələrində qanunauyğun tədbirlər görülüb. DİN bir daha sosial media istifadəçilərinə xəbərdarlıq edib ki, qumar və mərc oyunlarının təbliği və reklamı qanun pozuntusu sayılır.
- Baxış: 49
