Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.11.2025 18:55

Taksi sürücüləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 2-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər bu gündən etibarən 21 noyabr saat 12:00-dək qeydiyyatdan keçməlidirlər.