Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.11.2025 15:50

Paytaxtda 10 000 manatlıq oğurluq edənlər saxlanılıb

Paytaxtın Sabunçu rayonunda zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 000 manat dəyərində məişət əşyalarının talanmasını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar. Faktla bağlı araşdırma davam etdirilir.