Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 11:33

Günün əsas hadisələri: qətl, faciə, ölüm

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Göygöldə İ.Orucova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Elbrus Quliyev saxlanılıb. 


Zaqatalada 41 yaşlı İsgəndər Musayevin döyülərək ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb. Digər şübhəlinin tutulması istiqamətində axtarışlar davam edir. Qeyd edək ki, Musayevin komaya düşməsinə dözməyən atası bir neçə gün əvvəl ürək çatışmazlığından ölüb.

Suraxanıda 49 yaşlı Nəsimi Tarverdiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Türkiyənin Iğdır şəhərində Topçular məhəlləsində yerləşən inşaatda çalışan azərbaycanlı işçilər Babək N. və Sənani F. liftin şaxtasına düşüblər. Babəki xilas etmək mümkün olmayıb. Digər yaralının isə müalicəsi davam edir. 

Hadisələrlə bağlı araşdırmalar aparılır.