Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.10.2025 13:58

Bağçalara işə qəbul üzrə keçid balları açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.