Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.10.2025 17:33
İşğaldan azad edilmiş daha dörd rayonda torpaqlar sahibkarlara icarəyə veriləcək
İşğaldan azad edilmiş Zəngilan, Qubadlı, Ağdam və Ağdərə rayonlarında da kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlara icarəyə verilməsi müsabiqələrinin keçirilməsi planlaşdırılır. Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib. Sentyabrın 1-dən ölkə Prezidentinin fərmanına əsasən, işğaldan azad edilmiş Xocavənd, Xocalı və Laçın rayonlarında 4 000 hektardan çox ərazinin sahibkarlara icarəyə verilməsi ilə bağlı müsabiqə elan olunub və sənəd qəbulu 15 oktyabrda başa çatıb. Bu günə qədər 68 identifik müraciət qeydə alınıb.
- Baxış: 105
