Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			20.10.2025 15:33		
		Taksi sürücüləri üçün imtahan keçiriləcək
 
					  				21 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri, beynəlxalq sərnişin və yükdaşımaları operatorlarının məsul şəxsləri və beynəlxalq yükdaşıma sürücüləri üçün imtahanlar keçiriləcək. Ümumilikdə 1 624 iştirakçı qeydiyyatdan keçib. İmtahanlar 1 saat davam edəcək, nəticələr isə imtahan bitdikdən sonra və ya növbəti gün DİM-in saytında elan olunacaq. İmtahanda uğur qazananlara müvafiq şəhadətnamələr təqdim ediləcək.
- Baxış: 88

