Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.10.2025 17:35

Prezident İlham Əliyev ATƏT-in sədrini qəbul edib - Minsk prosesi ləğv olunur

Prezident İlham Əliyev bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtoneni qəbul edib.  Söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərində Vaşinqtonda əldə olunan razılaşmalar, regional əməkdaşlıq, eləcə də ATƏT-in Minsk prosesinin dekabrın 1-dək ləğvi müzakirə edilib. Tərəflər həmçinin Azərbaycan-Finlandiya əlaqələrinin inkişaf perspektivlərini nəzərdən keçiriblər.