• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.10.2025 15:49

Qurbanqulu Berdiməhəmmədov: TDT qardaş xalqların təşkilatıdır

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışnda bildirib ki, Türk Dövlətləri Təşkilatı ortaq mədəniyyətə malik qardaş xalqların təşkilatıdır. O, əlavə edib ki, TDT daxilində əsas məqsəd bu qardaşlığı daha da gücləndirməkdir: "Hazırda dünya qarışıq bir dövrdən keçir. Türk dövlətlərinin bu proseslərə uyğun hərəkət etmələri önəmlidir".