• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.10.2025 11:44

Gəncədə III MDB Oyunlarının bağlanışı ilə əlaqədar nəqliyyat məhdudiyyətləri tətbiq olunacaq

III MDB Oyunlarının bağlanış günündə Gəncədə bəzi yolları bağlanacaq.
- Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;
- Atatürk prospekti;
- Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələri.
Tədbirlə əlaqədar 6 və 7 nömrəli marşrutların hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.
12 nömrəli marşrut isə son dayanacağı məntəqəsi olaraq Bilal Qəhrəmanov küçəsndə olacaq.
Heydər Əliyev prospektində isə 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.
Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə bilərlər.