• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2025 17:39

Prezident İlham Əliyev Qəbələdə Şimali Kipr və Macarıstan liderləri ilə görüşüb

Prezident İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb. Görüşdə tərəflər əvvəlki görüşləri məmnunluqla xatırlayıb, Azərbaycan-Şimali Kipr əməkdaşlığı və Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Eyni zamanda, Ermənistanla sülh gündəliyi və Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının əhəmiyyəti vurğulanıb. Dövlət başçıları əməkdaşlığın gələcəkdə davam edəcəyini bildirib.
Prezident həmçinin Macarıstanın Baş naziri Viktor Orban ilə də görüşüb.