
Bakıda bir neçə oğurluq faktı üzrə şübhəli şəxslər saxlanılıb. 20 və 31 yaşlı əvvəllər məhkum olunmuş şəxslər evlərin həyətlərindən məişət əşyalarını oğurlamaqda təqsirləndirilir, onların digər bir hadisədə 35 min manatlıq oğurluq etdikləri də müəyyən edilib.
Digər bir oğurluqda isə evlərin birindən 800 manat və 7 min 200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 38 yaşlı şəxs saxlanılıb. Araşdırmalar aparılır.
- Baxış: 56