
Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Görüşdə tərəflərin əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunan nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.
Həmçinin dövlətimizin başçısı Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Görüşdə təşkilatın fəaliyyətinə dəstək, türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı müzakirə olunub. Eyni zamanda Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
- Baxış: 55