
Yaponiyada keçirilən karate üzrə dünya çempionatında Azərbaycan idmançıları 5 medal qazanıblar. 15 yaşadək kadetlər arasında Ayxan Şabanzadə üçüncü olub. Gənclərdən Salman Salmanov qızıl mükafata sahib çıxıb. Böyüklərdən İmran Quluzadə gümüş, Mehman Eynalo bürünc medal qazanıb. Komanda kumite yarışında 4 nəfərdən ibarət kollektiv bürünc mükafata yiyələnib.
- Baxış: 49