
"Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransı keçirib. O deyib: "Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. "Qarabağ" avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
- Baxış: 40