• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.09.2025 17:39

FHN əhaliyə müraciət edib

Bu gün axşamdan etibarən ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq, güclü külək əsəcək, intensiv leysan yağışları, sel və daşqın ehtimalı gözlənilir. Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib. Xüsusilə güclü külək zamanı müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmaq, ildırım çaxarkən isə elektrik cihazlarını şəbəkədən ayırmaq və açıq havada təhlükəli yerlərdə sığınmamaq tövsiyə olunur.