
III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. Gəncə İdman Sarayında üzgüçülük, voleybol və badminton üzrə qarşılaşmalar davam edəcək. Azərbaycanın U-15 qadınlardan ibarət voleybol millisi Qırğızıstanla üz-üzə gələcək. Şəkidə çövkən üzrə Azərbaycan millisi Küveyt yığmasına qarşı çıxacaq. Qəbələdə stend atıcılığı, Yevlaxda boks, Mingəçevirdə isə taekvondo yarışlarında qaliblər müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədədir. Hazırda komandanın aktivində 5 qızıl, 17 gümüş, 16 bürünc medal var. III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
- Baxış: 64