Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.09.2025 11:44
Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından narkotik götürülüb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçirdiyi əməliyyatla Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt-Peterburq-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 201