Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			24.09.2025 15:39		
		Ağdamda alçaq gərginlikli elektrik yuvaları istehsal ediləcək
 
					  				Ağdam Sənaye Parkında orta və alçaq gərginlikli elektrik yuvalarının istehsalı həyata keçiriləcək. Bununla bağlı I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində parkın rezidenti ilə türk şirkəti arasında müqavilə imzalanıb. Birgə əməkdaşlıq çərçivəsində tərəflər Ağdam Sənaye Parkında yerləşən müəssisəsində istehsal edəcəklər. İstehsal prosesi türk şirkətinin qabaqcıl texnologiyası əsasında təşkil ediləcək.
- Baxış: 100

