
Salyan Polisi rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.Rayon sakini Nihat Babayev idarə etdiyi “Tofaş” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub və bu avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkə də paylaşıb. O sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.
- Baxış: 86