
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Dubay–Bakı aviareysi ilə ölkəyə gətirilən qanunsuz malların qarşısını alıblar. Azərbaycan vətəndaşına məxsus yükə baxış zamanı gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı kompüter və ehtiyat hissələri, elektron siqaret üçün tütün məmulatları, siqaret, elektron qəlyan, smart qol saatı, mobil telefon və ekranları, eləcə də kosmetik vasitələr və ətirlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 63