
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam edir. Elan edilən sənədlərdə 1992-ci ildə Şuşanın Malıbəyli və Quşçular kəndlərinə hücum zamanı 16 nəfərin qətlə yetirilməsi, onlarla sakinin girov və itkin düşməsi faktları açıqlanıb. Həmçinin, 1991-ci ildə Xocavənddə “Laz” avtobusuna atəş açılması nəticəsində 7 nəfərin öldüyü, 27 nəfərin yaralandığı bildirilib. Məhkəmə araşdırmaları davam edir.
- Baxış: 53