
Oktyabrın 1-dən etibarən vergi uçotuna alınmayan şəxslərə bazarlarda fəaliyyət göstərməyə icazə verilməyəcək. Bu, Vergi Məcəlləsinə ötən ilin sonunda edilən dəyişikliklərdən irəli gəlir. Yeniliklərə əsasən, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədilə istifadə olunan daşınmaz əmlakların girişində vergi ödəyicisinin adı və VÖEN-i göstərilməlidir. Bu qaydalar bazarlarda vergi nəzarətinin daha şəffaf və effektiv şəkildə təmin olunmasına xidmət edəcək.
- Baxış: 42