
Sinoptiklərin məlumatına əsasən, yağıntılı və dumanlı hava ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.
- Baxış: 53