• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1164
— 02.02.2023 16:02

Qarapapaq–Çaylı avtomobil yolu yenidən qurulub

KepezTV Player

Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri yekunlaşıb. Çınqıl və qara örtüklü olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Uzunluğu 19 km olan avtomobil yolu 14 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.