Ölkəmizdə qoyun cinsləri sırasına yenisi əlavə edilir. Xalq selksiyası yolu ilə yaradılan qoyun cinsinin artıq patenti də alınıb, dövlət reysterinə salınaraq sertifkatlaşdırılması da həyata keçirilib. Yeni cinsin fermerlərə təqdimatı da keçirilib.
Yeni qoyun cinsinin yaradılması üzərində işlərə ötən əsrin 70-ci illərində Lerik rayon Pirəsora kəndində xalq seleksiyası yolu ilə başlanılıb. 4 cinsin mələzlərinin çarpazlaşdırılması yolu ilə alınan qoyun sortu “Pirəsora” adlandırılıb. Yüksək yağ, yun və ətvermə qabiliyyətinə malik cins dağ və dağətəyi yerlər, həmçinin aran zonasına yaxşı adaptasiya olur. 100 anaya 130-a yaxın bala vermə potensialı var. Hazırda bu cinsdən ölkədə 28 mindən çox şəxsi təsərrüfatda saxlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda 20-ə yaxın bölgədən 80 fermerin iştirakı ilə “Pirəsora” qoyun cinsinin təqdimatı keçirilib. "Qoyunçuluqda yeni mərhələ" adlı seminarda ölkəmizdəki təsərrüfatlarda 15 cinsdə 8 milyon 300 min qoyunun saxlanıldığı vurğulanıb. Yeni yaradılan "Pirəsora” cinsi də institutun tədqiqatçıları tərəfindən nəzarətdə saxlanılır.
Tədbirdə "Pirəsora” qoyun cinsinə verilən patent və dövlət reysterinə alındığını təsdiq edən sertifkat sahibinə təqdim olunub. Yeni qoyun cinsi barədə fermerləri maraqlandırılan sullar cavablandırılıb.
Eınur Vahidoğlu
- Baxış: 242