• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 30.09.2022 21:36

Ağır yol-nəqliyyat hadisəsi baş verib

KepezTV Player

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qazax - Cəfərli  yolunda rayonun Xanlıqlar kəndinin ərazisində  qeydə alınıb. Yüksək sürətlə  idarə olunan  Mersedes markalı avtomobil idaretmədən cıxaraq  restoranın qarşısında  dayanmış vəziyyətdə  olan iki  nəqliyyat vasitəsinə də  ciddi ziyan yetirib.  Nəticədə  qəzanın təsirindən  "VAZ 2109" və  Azərişığa məxsus  “UAZ” markalı  maşın hadisə    yerindən 10 metr  kənara   atılıb.  Qəzanın əsas iştirakcısı olan Mersedes markalı  avtomobildə  sürücü  sıxılaraq qaldığından əraziyə   FHN-in xilasetmə  qrupu hadisə yerinə cağrılıb. Toqquşma nəticəsində 3 nəfər xəsarət alaraq  rayon mərkəzi  xəstəxanasına yerləşdirilib.  Hadisə  yerinə Qazax rayon polis şöbəsinin əməkdaşları cəlb olunublar.