• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 03.08.2022 18:55

Alban-Udi Dini İcmasının üzvləri Xocavənddə

KepezTV Player

Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədini ziyarət ediblər.İcmanın üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində də olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar. İcmanın sədri Robert Mobili bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir və işğal ərəfəsində ermənilər kilsədə saxtakarlıq etməklə bəzi dəyişiklərlə buranı özünküləşdirməyə çalışıblar. Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələrini tarix-memarlıq abidəsi kimi Mədəniyyət Nazirliyi ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alıb.