• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 22.07.2022 18:51

Media nümayəndələrinə Fəxri Fərmanlar verilib

KepezTV Player

Goranboyda da 22 iyul-Milli Mətbuat Günü qeyd edilib. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə rayonun bir qrup ziyalısı və ictimai fəalları, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Jurnalistlərin peşə bayramı münasibətilə və rayon İcra Hakimiyyəti ilə əməkdaşlığa görə  bir qrup  mətbuat nümayəndəsinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.