• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1966
— 11.07.2022 17:25

Günvurma - əlamətləri və ilkin yardım

KepezTV Player

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturu daha da yüksələrək 40 dərəcəyə kimi artacaq. Mütəxəsislər belə hava şəraitində günvurma təhlükəsindən qorunmaq üçün açıq havada çox qalmamağı tövsiyyə edirlər.

Son günlər müşahidə olunan temperatur yüksəlməsi paytaxda və regionlarda havanın kəskin isinməsi ilə özünü biruzə verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətindən bildirdilər ki, isti hava şəraiti bir müddət davam edəcək.

İsti yay günlərində diqqət edilməli məqamlardan biri də günvurma problemidir. Xüsusilə uşaqlarda, yeniyetmələrdə və qocalarda baş verən bu hal havanın temperaturu 35- 36 dərəcənin üstündə olduqda daha çox müşahidə olunur. Günvurma günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirilə genişlənməsi səbəbi ilə yaranır. Buna görə də həkimlər yüksək temperaturlu günlərdə açıq havada çox qalmamağı tövsiyyə edirlər.

Məsləhətdir ki, günün saat 11-17 aralığında günəş altında mümkün qədər az olaraq aktiv şüalardan qaçmaq lazımdır. Günvurma fiziki işlə məşğul olan insanlarda daha çox rast gəlinir.

Mütəxəsislər deyir ki, günvurma zamanı su içilməməsi bu vəziyyəti daha da ciddiləşdirə bilər.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, qoruyucu eynək və şapkalar taxmaq, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.