• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 02.07.2022 16:13

Plastik butulkaları ekoçantaya dəyişdilər

KepezTV Player

Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "plastik butulkanı eko çantaya dəyiş" adlı aksiya keçirilib. İyunun 18 dən start götürən aksiya Bakıdan başlayaraq, Sumqayıt və Gəncə olaraq davam etdirilib. Layihə çərçivəsində vətəndaşlar topladıqları plastik butulkaları təyin olunmuş məntəqələrə gətirərək eko çantalar əldə ediblər. Bununla həm ətraf mühit zərərli tullantılardan təmizlənir, həm də insanlar alış-verişə gedən zaman çoxistifadəlik çantalara üstünlük verirlər. Layihənin yay boyu Bakıda və digər regionlarda davam etdirilməsi nəzərdə tutulur. Aksiyanın elanları haqqında sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində öncədən məlumat verilir.