• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1857
— 30.03.2022 19:50

"Çempionumuz" layihəsinin növbəti qonaqları taekvandoçular olublar

KepezTV Player

Gənclər və İdman Nazirliyinin “Çempionumuz” layihəsi çərçivəsində Gəncədə növbəti görüş baş tutub. Bu dəfə taekvando üzrə idmançı, məşqçi və hakim məktəblilərlə bir araya gəlib. 27 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə taekvando üzrə Avropa və 5 qat ölkə çempionu, müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı İmran Zalov, onun məşqçisi Arif Xəlilov, eləcə də əməkdar məşqçi, 3-cü dan qara kəmər sahibi, hakim Şahmar Nağıyev karyeraları, nailiyyətləri, bu idman növünün sirləri haqqında fikirlərini paylaşıblar. Vurğulanıb ki, Koreya döyüş sənəti olan bu idman növü Azərbaycanda ən populyar növlər sırasındadır və taekvandoya kifayət qədər maraq var. Tədbirin sonrakı hissəsində qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırıblar. Layihə çərçivəsində növbəti aylarda da Gəncənin tanınmış idman simaları ilə görüşlər təşkil ediləcək.