• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 15.01.2022 12:26

Azərbaycan-Ukrayna əməkdaşlığı genişləndiriləcək

KepezTV Player

Müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləyiblər. Ukraynada səfərdə olarkən həmkarı Volodimir Zelenski ilə birgə mətbuata bəyanatlarla çıxış edən Prezident İlham Əliyev belə deyib. Fevralın 6-da iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyinə diqqət çəkən dövlət başçısı vurğulayıb ki, xalqlarımızı dostuq əlaqələri birləşdirir və Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq, böyük hörmət var. Azərbaycan Prezidenti ölkələrimiz arasındakı əməkdaşlıqdan da danışıb.