Bir il öncə, senyabrın 27-si başlayan Vətən müharibəsinin 31-ci günü ordumuzun keçirdiyi fəaliyyətlər nəticəsində Qarabağdakı qondarma rejimin "müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyan, eləcə də cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Ermənistan SQ-nin bölmələri Goranboy və Tərtər rayonlarını ağır artilleriyadan atəşə tutub. **Bu gün həmçinin birinci Bərdə terrorunun ildönümüdür. 2020-ci il oktyabrın 27-də saat 17.10 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Bərdə rayonunun Qarayusifli kəndini raket atəşinə tutub. Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən xain düşmənin mülki əhaliyə hücumu nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub, 4-ü azyaşlı olmaqla 14 nəfər isə xəsarət alıb. Bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
- Baxış: 378