
Ağdam və Füzulidə də qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşdırılacaq. "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Mustafayevin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır. "Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezlikıə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq" - deyə Vaqif Mustafayev bildirib. <br>Artıq "Azərişıq" azad edilmiş digər rayonların abunə kodlarında rayonların azadolma tarixlərini əks etdirib.
- Baxış: 222