Bəli, sərnişin daşıyan şirkətlər artıq zəruri işlərə başlayıblar. Gəncədə də faəliyyətini bərpa edəcək avtovağzallarda sərnişin qəbuluna hazırlıq gedir.
Pandenmiyya səbəbindən respublikamızın şəhər və rayonlarına sərnişin daşıyan avtobusların hərəkətinə qadağa qoyulmuşdu. May ayının 31-dən isə həmin qadağa ləğv olunur. Gəncə Beynəlxalq Avtovağzalı da may ayının 31-dən səhər saat 8-dən fəaliyyətə başlıyacaq.
Bunun üçün aylardır avtovağzalın həyətində dayanan və işləməyən avtobuslar sürücülər tərəfindən nizama salınır. Avtobusların saz vəziyyətdə olması yoxlanılır, salonları təmizlənir. Bundan başqa avtovağzal ərazisində səliqə sahman yaradılır.
Toğrul Həsənov sürücü: Deyilən qərarlara görə ayın 31-dən iş günüdür. Bizdə gəlmişik maşınımızı nizamlıyıb düzəldək. Ayın 31-i işə çıxaq.
İltifat Əhmədov sürücü: Uzun müddət idi ki, maşınlar işləmirdi. İndi təmir etdik, işlərimizi gördük, maşınların hamısını sildik təmizlədik. Tam hazırıq.
Əsasən paytaxt Bakıya, eləcə də digər şəhər və rayonlara sərnişin daşınan Gəncə Beynəlxalq Avtovağzalında təmizlik işləri ilə yanaşı dezinfeksiya işləri də aparılır.
Ülviyyə Novruzova xadimə: Gəlmişik avtovağzalımızı təmizləyək, əvvəlki qaydaya salaq, təmiz olsun. Ayın 31 fəaliyyətə başlıyacağıq. Hamının işi xeyirli olsun bizim işlərimizdə.
Şəmkir, Qazax, Gədəbəy, Ağstafa, Daşkəsən istiqamətinə sərnişin daşınan Gəncə Avtovağzal MMC-də də hazırlıq işləri aparılır. Avtovağzalın işçiləri iş şəraiti barədə təlimatlandırılıb, pandemiya qaydaları izah edilib.
Rasim Nurməhəmmədi Gəncə Avtovağzal MMC-nin direktoru: Qapalı şəraitdə avtovağzala girdikdə sərnişinlərin hamısı maska taxmalıdır. Əllərini spirtlə dezinfeksiya etməlidir. Kassadakı işçilər maska ilə məsafə saxlamaqla biletlərini satsınlar. Dispeçirlərə tapşırdım ki, sürücülər avtobusları ara ksəmələrlə təmin etsinlər, sərnişinlərin hamısı avtobuslara maska ilə daxil olsunlar. Avtovağzalı dezinfeksiyta elətdirmişəm. Ona görədə ayın 31-nə biz tam hazırıq ki, işə başlıyaq.
Həmçinin avtovağzallarda koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülər məlumatlandırılıb. Sürücülərin özləri də xəttə çıxmazdan əvvəl tibbi yoxlamadan keçəcəklər.
Elnur Vahidoğlu
- Baxış: 589