Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.04.2021 13:44
Ötən sutka 21 yanğına çıxış olub, 6 nəfər xilas edilib
KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 6 nəfər, o cümlədən suda boğulma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib.
- Baxış: 437
