Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.01.2021 09:22
Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb
KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb. Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak edəcək. Nazirlərin görüşü bu gün Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Yanvarın 14-də isə Azərbaycan xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
- Baxış: 383
