Polis Gəncədə hərəkətə keçib. Hədəf isə ictimai iaişə obyektləridir. Məqsəd ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə restoran və kafelərdə iş rejimini yoxlamaqdır. Martın 14-dən qüvvəyə minən sosial izolyasiya tədbirləri çərçivəsində analoji xidmət məkanlarda iş saatı 21-dək müəyyən edilib. Bununla əlaqədar olaraq, şəhərin mərkəzi küçələrində, xüsusən, insanların daha çox müraciət etdiyi iaşə obyektlərinin yaxınlığında xidməti gücləndirən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları yoxlamaları davam etdirir. Müşahidələr zamanı həm sakinlərin, həm də sahibkarların qoyulan tələbə ciddi şəkildə riayət etdiyi müəyyən edilib. Bundan başqa Gəncənin Yol Polisləri də paytaxta gediş-gəlişi məhdudlaşdırmaq üçün şəhərin Bakı istqiamətində çıxışında nəzarəti artırıb. Görülən qabaqlayıcı tədbirlər şəhər sakinləri tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirilir.
Sakin - Çox düzgündür. Yəni kütləvi şəkildə bir yerə toplaşmaq olmaz. Elə vəziyyətdə xəstəlik tez yayıla bilər. Ona görə də kütlə halınd abir yerdə iştirak etməyi məsləhət görmürlər.
Sakin - Əla fikrimiz müsbətdir. Dövlətimiz necə qərar verib elədə olur. Yəni olmalıdır.
Natiq Hüseyn
- Baxış: 826