• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 11.01.2020 16:49

Kimsəsiz uşaqların sərgisi keçirilib

KepezTV Player

Gəncə Uşaq evinin valideyn himayəsindən məhrum olan uşaqları əl işlərini təşkil edilən sərgi vasitəsilə nümayiş etdirmək imkanı qazanıblar. Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə  keçirilən sərgi Gəncə Dövlət Filarmoniyasında baş tutub. 22 uşağın 100-ə yaxın əl işi təqdim olunub. Burada uşaqlar vətənpərvərlik mövzusunda dekorativ tətbiqi sənət növünə aid şüşə üzərində boyalarla işlənən rəsmlər, eləcə də kağız və kətan üzərində işləmələr nümayiş etdiriblər. Uşaqların düzəltdiyi milli geyimdə olan kuklalar, nağıl qəhrəmanları, müxtəlif fiqurlar iştirakçılar tərəfindən maraqla izlənildi. Bu sərginin keçirilməsində məqsəd uşaq evinin sakinlərinin istedad və bacarıqlarını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyanı təmin etməkdir. Sərginin Uşaq evinin rəqs qrupunun çıxışı ilə yekunlaşıb.

Günay Vəliyeva Gəncə Uşaq evinin sakini:Gördüyünüz şüşə üzərində rəsm Mələk obrazını mən çəkmişəm. Mən mələkləri sevdiyim üçün birinci onu seçdim. Bundan əlavə mənim çoxlu əl işlərim var. Bundan əlavə mənim şer yazmaq bacarığımda var.

Nazilə İsmayılova Gəncə Uşaq evinin direktoru:Bundan başqa müəsisəmizdə musiqi, rəqs, tetatr klublarımız fəaliyyət göstərir. Oxu zalımız var. Bu da uşaqların istetad və bacarıqların daha üzə çıxmasına şərait yaradır.

Lamiyyə İsazadə təşkilatçı:Əgər dekorativ tətbiqi sənət dərsləri uşaqlara mütamadi olaraq keçirilsə artıq gələcəkdə uşaq evindən dizayn və dekorativ tətbiqi sənət müəllimləri ehtimalı daha böyük olar.