Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			16.02.2018 16:35		
		Gəncədə avtomobil qadını vurub
 
					  				Gəncə şəhərində yolu keçmək istəyən qadını avtomobil vurub. Hadisə Şah İsmayıl Xətai prospektində baş verib. 66 yaşlı Hamayıl Cəfərova Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Ona hər iki ayağın sınığı diaqnozu qoyulub və tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 858

