• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 09.02.2017 15:50

Mirasa sahib olmanın asan və çətin yolları

KepezTV Player

Son vaxtlar mirasın vəsiyyət edilməsindən daha çox bağışlanmasına üstünlük verilir. Səbəblər isə müxtəlifdir. Bəzən məhkəmə belə, vəsiyyətnaməni əsassız hesab edir. Vəsiyyətnamə bir neçə nəfərə verildiyi halda miqdar göstərilməzsə, paylar bərabər sayda bölünür. Əmlak - vəsiyyət edənin sağlığında itirilərsə və ya satılarsa, vəsiyyətnamə də hüquqi qüvvəsini itirir. Xeyrinə vəsiyyətnamə tərtib olunan şəxs vəsiyyət edəndən tez dünyasını dəyişdiyi halda da sənəd qüvvədən düşmüş hesab olunur. Bağışlanmada isə mirasın bölünməsindən söhbət gedə bilməz. Odur ki, əksər vətəndaş istəyir ki, əmlakı kimə verəcəksə özü sağ ikən onun adına olsun.

Ramiz Abdullayev -vəkil: “Qanunvericilik göstərir ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq birinci dərəcəli vərəsələr varsa, onlara məcburi pay saxlanılır. Deyək ki, vəsiyyətnamə olmadan bir vərəsənin payına 10 manat düşürdüsə, vəsiyyətnamə olduğu halda o həmin mülkdən 5 manat mirasa sahib ola bilər”.

Xəyalə Mürsəl